AZ

Pekin: Tayvan hökuməti ABŞ-yə görə adanın iqtisadiyyatını Çindən uzaqlaşdırmağa çalışır

Pekin Tayvan hakimiyyətini ABŞ ilə yaxınlaşmaq naminə adanın iqtisadiyyatını materik Çinindən uzaqlaşdırmaq cəhdlərində ittiham edib.
 
Moderator.az xəbər verir ki, Çin Dövlət Şurası yanında Tayvan işləri üzrə dəftərxananın rəsmi nümayəndəsi Cu Fenlyan brifinqdə belə bir bəyanat səsləndirib.
 
Onun sözlərinə görə, Tayvan administrasiyası öz siyasi maraqlarından çıxış edərək materik Çini ilə iqtisadi əlaqələri qırmaq üçün addımlar atır. Pekinin iddia etdiyinə görə, bu, adanın sənaye maraqlarına və əhalisinin rifahına zərər vurur.
 
Cu Fenlyan, həmçinin Tayvanın Çin iqtisadiyyatına investisiyalarının azalmasını və Taybeyin qlobal təchizat zəncirlərinin təhlükəsizliyini təmin etmək bəhanəsi ilə Birləşmiş Ştatlarla ticari-iqtisadi əlaqələri genişləndirmək kursunu şərh edib.
 
Dövlət Şurasının nümayəndəsi bildirib ki, Tayvan hakimiyyətinin guya sabitlik naminə Vaşinqtonla əməkdaşlığın dərinləşdirilməsi barədə bəyanatları adanın nəyin bahasına olursa-olsun, müstəqilliyinə nail olmaq cəhdindən xəbər verir. O vurğulayıb ki, Pekinin qiymətləndirməsinə görə, belə bir xətt əhali tərəfindən dəstəklənmir və uğursuzluğa məhkumdur.
 
Xatırladaq ki, Tayvan 1949-cu ildən, vətəndaş müharibəsindəki məğlubiyyətdən sonra Çan Kayşinin başçılıq etdiyi Qomindan qüvvələrinin oraya köçdüyü vaxtdan bəri öz idarəçiliyi altındadır. Azərbaycan da daxil olmaqla, bir çox digər ölkələr adanı Çinin ayrılmaz hissəsi hesab edir.
 
Seçilən
11
1
moderator.az

2Mənbələr