AZ

“Azərbaycanın güclü idmançıları, yaxşı federasiyası var” Portuqaliya Gimnastika Federasiyası prezidentinin ə AÇIQLAMASI

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Ümid edirəm ki, bu, tarixdə ən yaxşı Avropa çempionatı olacaq. Qonaqların Portimanda və ümumilikdə Portuqaliyada olduqları müddətdən zövq almalarını istəyirik”.

Bu sözləri İdman.Biz-ə açıqlamasında Portuqaliya Gimnastika Federasiyasının prezidenti Luiş Arrais deyib.

Bu gün, aprelin 8-də Portuqaliyanın Portimane şəhərində batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatı start götürür. Yarışda 23 azərbaycanlı idmançı da iştirak edəcək.

Arrais bildirib ki, çempionatın bütün iştirakçılarından, o cümlədən Portuqaliya millisindən parlaq çıxışlar gözləyir. Prezident həmçinin qeyd edib ki, ölkədə gimnastika sürətlə inkişaf edir və buna müxtəlif növlər üzrə çoxsaylı yarışların təşkili də töhfə verir.

"Əsas məqsədlərimizdən biri gimnastikanı ölkədə populyarlaşdırmaqdır, o cümlədən media vasitəsilə. Yarışlar təşkil etməyi çox sevirik və bunun müəyyən nəticəsini də görürük. Portuqaliyada gimnastika hər il inkişaf edir. Hazırda milli səviyyədə tariximizin ən yaxşı göstəricilərinə sahibik. İdmançılarımız bütün doqquz növdə sürətlə irəliləyir".

O, Azərbaycan idmançılarının yüksək səviyyəsini də xüsusi vurğulayıb:

“Azərbaycan güclü komanda ilə təmsil olunur. Sizin əla idmançılarınız, yaxşı federasiyanız, ciddi investisiyalarınız və çox hörmətli idman naziri Fərid Qayıbov var.O, peşəkar və gözəl insandır. Həmçinin Avropa gimnastikasında da yaxşı inkişaf edirsiniz”.

Luiş Arrais əlavə edib ki, Bakıya gəlməyi sevir:

"Azərbaycanın Milli Gimnastika Arenası möhtəşəmdir. Bədii gimnastika və akrobatika üzrə idmançılarla gələn ay Bakıda təlim-məşq toplanışı keçirmək üçün Azərbaycan tərəfi ilə danışıqlar aparırıq".

Leyla Eminova

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
icma.az

1Mənbələr