AZ

"Real"ın oyunundan əvvəl insident: Görün çılpaq azarkeş nə etdi

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin "Real" - "Bayern" qarşılaşmasından əvvəl qəribə hadisə yaşanıb.

Publika.az xəbər verir ki, Madrid komandası "Santyaqo Bernabeu" stadionuna gedərkən kiçik insident yaşanıb. "Kral klubu"nun avtobusun qarşısından çılpaq bir kişi qaçaraq keçib.

Onun bu hərəkətinin səbəbi hələlik məlum deyil. Hadisə gözlənilməz və o qədər sürətli baş verib ki, polis əməkdaşları da çaşqınlıq içində qalıblar.

Qeyd edək ki, görüş "Bayern"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Seçilən
0
publika.az

1Mənbələr