AZ

Manuel Noyer Çempionlar Liqasında Lionel Messinin rekordunu təkrarlayıb

Almaniyanın "Bavariya" klubunun qapıçısı Manuel Noyer Lionel Messinin UEFA Çempionlar Liqasındakı rekordunu təkrarlayıb.

"Far.Az"un "Opta"ya istinadən məlumatına görə, 40 yaşlı qolkiper buna İspaniyada "Real"a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda nail olub.

Noyer Münhen təmsilçisinin heyətində bu turnirdə 136-cı dəfə start heyətində meydana çıxıb. O, bir komandada bunu bacaran oyunçular arasında ilk "üçlük"dədir.

Daha əvvəl Messi (136 oyun) "Barselona" forması ilə buna nail olub. Mütləq rekord "Real"ın sabiq qapıçısı İker Kasilyasa məxsusdur - 149 oyun.

Xatırladaq ki, 2011-ci ildən "Bavariya"da çıxış edən Manuel Noyer cari mövsüm bütün turnirlərdə 31 qarşılaşmada meydanda olub.

Seçilən
8
3
far.az

4Mənbələr