AZ

İran Zelenskinin çıxışından sonra onu lağa qoyub

İranın Cənubi Afrikadakı səfirliyi Ukrayna lideri Volodimir Zelenskinin BMT Təhlükəsizlik Şurasının Hörmüz boğazının bağlanması ilə bağlı iclasının nəticələri ilə bağlı çıxışından sonra onu lağa qoyub.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, səfirlik sosial media səhifəsində Ukrayna liderini təlxək adlandırıb.

Zelenski çıxışında BMT-nin İran rejiminin Hörmüz boğazını blokada etməsi kimi qlobal təhlükə qarşısında tədbir görməli olduğunu deyib.

Bundan əlavə, Ukrayna Prezidenti Hörmüz boğazındakı vəziyyəti Rusiyanın Qara dənizdəki Ukrayna limanlarını və gəmiçiliyini bloklamaq cəhdləri ilə müqayisə edib.

"Rusiya iqtisadiyyatımızı boğmağa çalışdı. Və biz bu problemi həll etməyin yolunu hərəkətsizliklə deyil, qətiyyətli hərəkətlə tapdıq", - deyə Zelenski bildirib.

İranın Cənubi Afrikadakı səfirliyi vurğulayıb ki, indi təlxəyə diqqət yetirməyin vaxtı deyil.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
1
missiya.az

1Mənbələr