AZ

İsrail ordusu Livan sakinlərini təxliyə olunmağa çağırıb

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda yerləşən Surliman şəhərinin mülki əhalisini təxliyə olunmağa çağırıb.

Trend bu barədə“Times of Israel”ə istinadən xəbər verir.

“Sur şəhərinin, xüsusilə Şəbrihə rayonunun sakinlərinə təcilixəbərdarlıq – evlərinizdən dərhal təxliyə olunun!”, - ordu sözçüsüPolkovnik Aviçay Adray “X” səhifəsində yazıb və paylaşımazərbələrdə hədəfə alınacaq hədəflərin xəritəsini əlavə edib.

Qeyd edək ki, aprelin 7-də ABŞ və İran arasında müvəqqətiatəşkəs razılaşması əldə olunsa da, İsrail Baş naziri BinyaminNetanyahu bu razılaşmanın Livanı əhatə etmədiyini diqqətəçatdırmışdı.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardanbiri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaqöhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraqdanışıqlara hazırlaşırlar.

Məqalədə:
Seçilən
9
az.trend.az

1Mənbələr