AZ

ABŞ İrandan bütün nüvə materiallarının çıxarılmasını tələb edir

\

ABŞ və İsrailin İranla iki həftəlik atəşkəs barədə razılığa gəldiyi bildirilir. Tərəflər qarşıdakı danışıqlarda nüvə materialları və raket proqramı da daxil olmaqla Vaşinqton –Tel-Əvivin ortaq məqsədlərinə nail olmağa söz veriblər.

Missiya.Az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti adı açıqlanmayan İsrail rəsmisinə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ, digər məsələlərlə yanaşı, Tehrandan bütün nüvə materiallarını ölkədən çıxarmağı, uranın zənginləşdirilməsini dayandırmağı və ballistik raketlər təhlükəsini aradan qaldırmağı tələb edəcəyinə söz verib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
15
missiya.az

1Mənbələr