AZ

İran XİN rəhbəri SEPAH-ın komandirlərini ABŞ ilə atəşkəs razılaşmasına məcbur edib - KİV

İranın xarici işlər naziri Abbas Əraqçı SEPAH-ın komandirlərini ABŞ ilə atəşkəs razılaşmasına məcbur edib.

Missiya.Az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Bildirilib ki, Türkiyə və Misirin xarici işlər nazirləri də ABŞ ilə İran arasında körpülərin qurulmasında iştirak ediblər və aprelin 6-sı axşam saatlarına qədər artıq Vaşinqtonu iki həftəlik atəşkəs razılaşmasına inandıra biliblər. Bundan sonra isə əsas qərar İranın Ali rəhbəri Müctəba Xameneidən asılı olub.

Qeyd olunub ki, İsrail tərəfindən sui-qəsdə məruz qalmaq ehtimalına görə, Xamenei iranlı rəsmilərlə yazılı formatda əlaqə saxlayıb. Çin də İranı müharibəni dayandırmağa çağırıb.

Mənbə əlavə edib ki, bütün bunlara baxmayaraq, Xameneinin icazəsi olmadan razılaşma baş tuta bilməzdi.

Daşqın HəsənovMissiya.Az

Seçilən
21
missiya.az

1Mənbələr