AZ

Ağdam Sənaye Parkına 150 milyon manat sərmayə yatırılıb

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən strateji iqtisadi layihələr arasında xüsusi çəkisi ilə seçilən Ağdam Sənaye Parkı Qarabağın sənaye potensialının hərəkətə gətirilməsində mühüm rol oynayır.

Sözügedən sənaye parkı Azərbaycan Respublikası Prezidentinin 28 may 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Parkın yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkil edilməsi, eləcə də əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasından ibarətdir.

İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, fəaliyyətə başladığı vaxtdan indiyədək sahibkarlar tərəfindən Ağdam Sənaye Parkına 149,7 milyon manat sərmayə yatırılıb. Ötən müddətdə parkda 30 sahibkar və şirkətə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkı ölkənin ikinci ən böyük sənaye parkı sayılır. Parkda indiyədək 1000-ə yaxın daimi iş yeri yaradılıb. İşə qəbul zamanı Ağdam və ətraf rayonlardan olan əhaliyə üstünlük verilir ki, bu da bölgədə məşğulluğun artmasına töhfə verir.

Hazırda parkda hazırda tikinti materiallarının istehsalı, qida sənayesi, yüngül sənaye və yüksək texnologiyalı avadanlıqların yığılması kimi müxtəlif istiqamətlər üzrə 13 müəssisə fəaliyyət göstərir. Həmin müəssisələr, həm də işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işlərini yerli xammal və məhsullarla təmin edərək xərclərin optimallaşdırılmasına töhfə verir. Burada istehsal olunan məhsullar daxili bazarda satılmaqla yanaşı, həm də ixrac edilir.

XQ

Seçilən
3
xalqqazeti.az

1Mənbələr