AZ

Narkotikə görə saxlanılan Ceceliden ilk AÇIQLAMA - VİDEO

Türkiyəli müğənni Mustafa Ceceli narkotiklə bağlı aparılan istintaq çərçivəsində saxlanıldıqdan sonra azadlığa buraxılıb və ilk açıqlamasını verib.

Milli.Az xəbər verir ki, sənətçi yayılan iddialara sərt reaksiya göstərərək bildirib ki, bu prosesin arxasında məqsədli qarayaxma kampaniyası dayanır. O, məsələ ilə bağlı kimlərin məsuliyyət daşıdığını bildiyini qeyd edib.

Mustafa Ceceli açıqlamasında vurğulayıb ki, nüfuzuna xələl gətirən bu cəhdlərə qarşı bütün qanuni hüquqlarından istifadə edəcək və məsələni sonadək izləyəcək.

Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir.

Fidan
Milli.Az

Seçilən
26
1
milli.az

2Mənbələr