AZ

İki “Yerə bənzər” planet tapıldı

Astronomlar Yerə bənzər xüsusiyyətlərə malik iki planetin olduğu yeni ulduz sistemini aşkar ediblər.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, alimlər bu sistemi təxminən 120 işıq ili uzaqlıqda müşahidə ediblər. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, sözügedən sistemdə yerləşən iki planet ölçü və quruluş baxımından Yer planetinə bənzəyir.

Tədqiqatçılar bildiriblər ki, bu kəşfin ən maraqlı tərəfi planetlərin yerləşmə modelinin indiyədək qəbul edilmiş klassik nəzəriyyələrə tam uyğun gəlməməsidir. Belə ki, planetlər gözlənilən orbitlərdən fərqli mövqedə yerləşir və bu da onların formalaşma prosesi ilə bağlı yeni suallar yaradır.

Alimlərin sözlərinə görə, bu tip kəşflər kainatda Yerə oxşar planetlərin sayının düşündüyümüzdən daha çox ola biləcəyini göstərir. Eyni zamanda bu cür araşdırmalar gələcəkdə həyat üçün əlverişli şəraitə malik planetlərin tapılması istiqamətində mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, mütəxəssislər bu sistem üzərində müşahidələri davam etdirəcək və planetlərin atmosferi, temperaturu və digər xüsusiyyətləri barədə daha ətraflı məlumat əldə etməyə çalışacaqlar.

Seçilən
14
azedu.az

1Mənbələr