AZ

Ankarada 19 yaşlı sevgilisini öldürən şəxs intihar edib

Türkiyənin Ankara şəhərində 28 yaşlı şəxs (H.B) 19 yaşlı sevgilisini (Ş.Z) güllələyərək öldürüb, daha sonra eyni silahla intihar edib.Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, tərəflər arasındakı mübahisəyə dair ilkin məlumat yoxdur.

Hadisə yerinə 112 Təcili Tibbi Yardım Xidməti və polis qrupları göndərilib.

Tibbi qruplar Ş.Z. və HB-nin hadisə yerində öldüyünü müəyyən ediblər.

Hadisə ilə bağlı polis araşdırması davam edir.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
12
missiya.az

1Mənbələr