AZ

Bu ölkənin ilk prezidenti vəfatETDİ

Rusiya Federasiyasının Tıva Respublikasının ilk prezidenti Şerig-ool Oorjak 84 yaşında vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə respublikanın rəhbəri Vladislav Xovalıq özünün Telegram kanalında məlumat verib.

Xovalıq bildirib ki, “Tıva əvəzolunmaz itki ilə üzləşib”.

“Görkəmli dövlət xadimi, respublikanın ilk prezidenti Şerig-ool Dizijikoviç Oorjak vəfat edib. O, yüksək enerji və işinə sadiqliyi ilə seçilən insan idi”, - deyə o qeyd edib.

Respublika rəhbəri əlavə edib ki, Oorjakın həyat yolu kənd təsərrüfatı mütəxəssisliyindən ali rəhbərliyə qədər yüksəlməsi insanlara xidmət nümunəsi olub.

NURİYYƏ

Seçilən
10
1
redaktor.az

2Mənbələr