Odessa vilayətinin cənub hissəsi gecə yenidən Rusiya dronlarının hücumuna məruz qalıb.
Publika.az xəbər verir ki, bu barədə Odessa Regional Müdafiə Ordusunun rəisi Oleq Kiper məluamt yayıb.
“Düşmən logistika və liman infrastrukturunu hədəf almağa davam edir. Dünən gecə Rusiya Odessa bölgəsinə hücum dronları ilə hücum etdi. İzmaildə zərbələr müəssisələrdən birində liman infrastrukturu obyektlərinə ziyan vurub”, - Kiper bildirib.
Kiper əlavə edib ki, mülki və liman infrastrukturuna ziyan dəyib. Hücum nəticəsində anbar binası və yardımçı otaq qismən dağılıb.
Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, xilasedicilər bütün yanğın mənbələrini tez bir zamanda söndürüblər.