AZ

Nə elektrik, nə benzin: Gələcəyin nəqliyyatı budur AÇIQLAMA

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Son illərdə dünyada ekoloji problemlərin artması və yanacaq qiymətlərində dalğalanmalar elektrikli nəqliyyat vasitələrinə marağı xeyli artırıb. Bir çox ölkələr artıq benzin və dizel avtomobillərindən mərhələli şəkildə imtina planları hazırlayır. Azərbaycanda da bu istiqamətdə müəyyən təşviq addımları atılsa da, infrastruktur, qiymət əlçatanlığı və texniki xidmət kimi məsələlər hələ də müzakirə mövzusu olaraq qalır.Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a bildirib ki, bu kimi məsələlər gündəm mövzularına aid edilə bilər:“Lakin hazırkı mərhələdə belə addımların atılması real görünmür. Çünki dünya hələ də ənənəvi yanacaqdan tam imtina etməyib və bu yanacaqla işləyən nəqliyyat vasitələrinin sayı kifayət qədər çoxdur. Üstəlik, yaxın zamanda bunun köklü şəkildə dəyişəcəyini gözləmək də çətindir. Bununla belə, müəyyən kiçik addımların atılması və ya planların hazırlanması barədə danışmaq mümkündür. Hazırda nəqliyyat vasitələrinin iş prinsipinə nəzər saldıqda xüsusilə elektriklə işləyən nəqliyyat vasitələri kontekstində onların dünya üzrə sürətli inkişafını dəqiq proqnozlaşdırmaq bir qədər çətindir. Çünki bu texnologiyanın geniş yayılması üçün iqlim amili də mühüm rol oynayır. Elektrik nəqliyyatı, xüsusilə, soyuq iqlim şəraitində müəyyən çətinliklərlə üzləşir”. O deyib ki, Bakı şəhərində qış aylarında, eləcə də Avropanın bir çox ölkələrində bu məsələlər daha qabarıq şəkildə özünü göstərir:Gələcəkdə hibrid modellərin yəni həm elektrik, həm də alternativ yanacaqla işləyən nəqliyyat vasitələrinin daha geniş yayılması mümkündür. Lakin sırf ekoloji baxımdan yalnız elektrik nəqliyyatının üstünlük təşkil edəcəyinə tam əminlik yoxdur. Bunun əsas səbəblərindən biri də istifadə olunmuş batareyaların utilizasiyası və onların ətraf mühitə potensial təsiridir. Bu sahədə hələ də müəyyən problemlər qalmaqdadır. Bu baxımdan, mövcud vəziyyətdə belə dəyişikliklərin qısa müddətdə reallaşacağını demək çətindir və bu barədə dəqiq proqnoz vermək hələ tezdir. Şübhəsiz ki, elm və texnologiya inkişaf etdikcə bu sahədə də irəliləyişlər mümkündür, lakin bunun üçün zaman tələb olunur. Hazırda isə bu məsələlər tam formalaşmış və sabit bir həllini tapmış deyil”.Yəni, gələcəkdə hibrid modellərin daha çox ön plana çıxacağı gözlənilir. Həm elektrik, həm də alternativ yanacaqla işləyən bu avtomobillər keçid dövrü üçün daha etibarlı variant sayılır. Texnoloji irəliləyişlər davam etsə də, infrastruktur və texniki xidmət məsələlərinin tam formalaşması üçün hələ zamana ehtiyac var.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
demokrat.az

1Mənbələr