AZ

Türkiyədə “Roketsan” istehsalı məhsullar təhvil verilib, yeni müəssisələrin açılışı olub

Türkiyənin “Roketsan” şirkəti tərəfindən istehsal edilən hərbi məhsullar ölkənin Silahlı Qüvvələrinə təhvil verilib, yeni müəssisələrin təməli atılıb və açılışları həyata keçirilib.

“Poliqon” “Roketsan”a istinadən xəbər verir ki, bu münasibətlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, milli müdafiə naziri Yaşar Gülər, Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, “Roketsan”ın baş direktoru Murat İkinci, yüksək rütbəli hərbçilər, şirkət nümayəndələri və digər rəsmilərin iştirak etdiyi mərasim baş tutub.

Mərasim çərçivəsində “Roketsan” istehsalı olan TAYFUN ballistik raketi, ATMACA gəmi əleyhinə raketi, ÇAKIR və SOM qanadlı raketləri, SİPER, HİSAR-A, HİSAR-O və SUNGUR hava hücumundan müdafiə sistemləri, MAM-T və MAM-L mini ağıllı sursatları Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.

Eyni zamanda, Lalahan Raket İnteqrasiya Müəssisələrinin təməli qoyulub və Kırıkkale Yanacaq İstehsal Müəssisələri, Lalahan Döyüş Başlığı Müəssisəsi, Qabaqcıl Texnologiyalar Tə-İn və Mühəndislik Mərkəzinin açılışı edilib.

Mərasimdə çıxış edən R.T.Ərdoğan, müdafiə sənayesində qarşıdakı dövrün əsas hədəfinin yüksək texnologiyalı məhsulları daha sürətli, effektiv və yüksək sayda istehsal etmək olduğunu xüsusi vurğulayıb: “Bu gün istifadəyə verdiyimiz investisiyalar müəyyən etdiyimiz hədəfə gedən yolda çox mühüm bir mərhələni təşkil edir. Tamamlanan investisiyanın dəyəri 1 milyard ABŞ dolları, ümumi investisiya miqyası isə 3 milyard dollara çatan bu obyekt və sistemlərlə hədəfə daha tez çatacaq, atdığımız qətiyyətli addımları daha da sürətləndirəcəyik”.

Müdafiə sənayesi sahəsində xarici asılılıq səviyyəsinin 80 faizdən 20 faizə endirildiyini söyləyən Türkiyə Prezidenti bildirib ki, sektorun ümumi dövriyyəsi 20 milyard dolları keçib və tədqiqat-inkişaf xərcləri 3.5 milyard dollar səviyyəsinə çatıb. Aktiv layihələrin sayı 1400-ü ötüb, layihə portfeli isə 100 milyard dolları keçib. 2002-ci ildə cəmi 248 milyon dollar təşkil edən Türkiyənin müdafiə ixracı ötən il 10 milyard dollardan yuxarı olub. 2026-cı ilin ilk rübündə müdafiə və aviasiya ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12.1 faiz artaraq 1 milyard 910 milyon dollara çatıb.

“2028-ci il üçün müəyyən etdiyimiz 11 milyard dollarlıq ixrac həcminə çatacaq, inşallah müdafiə ixracında dünyada ilk 10-luqda yer alacağıq. Yaxın ətrafımızdakı müharibələr başa çatdıqdan sonra millət olaraq başda müdafiə sənayesi olmaqla hər sahədə böyük bir sıçrayışa imza atacağıq. Türkiyənin qarşısını almağa yönəlmiş cəhdlərə baxmayaraq, inşallah bu böyük irəliləyişi birlikdə reallaşdıracağıq”, – deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Prezident vurğulayıb ki, Türkiyənin mühəndislik iddiasını, strateji düşüncəsini və yüksək texnologiya vizyonunu təmsil edən qurumlardan biri olan “Roketsan” şirkəti bu şərəfli yürüşdə çox mühüm bir missiyanı yerinə yetirir.

Onun sözlərinə görə, inkişaf etdirdiyi məhsulları bu gün 50-dən çox ölkəyə ixrac edən “Roketsan”, ölkənin texnologiya yönümlü inkişafına mühüm töhfələr verir.

Türkiyənin kosmik sahədə apardığı fəaliyyətlərə toxunan R.T.Ərdoğan, “Roketsan”ın buradakı rolunu xüsusi olaraq qeyd edib: “Türkiyə olaraq kosmosa müstəqil çıxış hədəfimiz istiqamətində işlərimizi qətiyyətlə davam etdiririk. Raket texnologiyalarından peyk buraxılış imkanlarına qədər geniş bir sahədə güclü addımlarla irəliləyirik. Müdafiə ilə kosmosu eyni vizyonda birləşdirən bu yanaşmanın həyata keçirilməsində “Roketsan”ın fəaliyyəti, inşallah, gücümüzü daha da artıracaq”.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

HFT7ioCWMAAZDLc

HFUVUJOXEAAY4yp

HFT7iouaMAAwVMC

HFT7ilaWcAALaYy

HFT7ioKW0AAo4H4

Seçilən
17
poliqon.az

1Mənbələr