AZ

Metronun “28 May” və “Nizami” stansiyaları arasında tunelin inşası zamanı avtobuslar ödənişsiz olacaq?

Bakı.Trend:

Metronun “28 May” və “Nizami” stansiyaları tunel bağlı olduqdahəmin iki stansiya arasında yerüstü nəqliyyat vasitəsi iləsərnişinlərə xidmət göstərəcək nəqliyyat vasitələrinin ödənişsizolması məsələsi müzakirə edilir.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında“Bakı Metropoliteni” QSC-nin Tikinti Layihələrinin İdarəolunmasıdepartamentinin rəis müavini Məmməd Rzayev məlumat verib.

O qeyd edib ki, bununla bağlı müvafiq qurumlar arasındamüzakirələr davam etdirilir.

“Bu məsələ yalnız metronun səlahiyyətində deyil, işlər aidiyyətiqurumlarla kompleks şəkildə həyata keçirilir. Tunel bağlı olduqdaavtobuslar yalnız “Nizami” və “28 May” stansiyaları arasında deyil,ətraf ərazilərə də vətəndaşları daşıyacaq. Bütün bunlar öncədənictimaiyyətə elan ediləcək”.

Məqalədə:
Seçilən
33
7
az.trend.az

10Mənbələr