AZ

“Orta Dəhliz nəqliyyat marşrutlarının inkişafı regionun logistika imkanlarını artırır” - DEPUTAT DANIŞDI

”Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 6-da Gürcüstana səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki qardaş ölkə arasında münasibətlərin strateji mahiyyətini və gələcək inkişaf istiqamətlərini bir daha aydın şəkildə ortaya qoyur”.

Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu səfər bir daha təsdiqlədi ki, Azərbaycan–Gürcüstan əlaqələri dərin tarixi köklərə, qarşılıqlı etimada və sarsılmaz dostluğa əsaslanır:

”Dövlət başçısının vurğuladığı kimi, əsrlər boyu xalqlarımız arasında formalaşmış qardaşlıq münasibətləri bu gün də uğurla davam etdirilir və dövlətlərarası münasibətlərin möhkəm təməlini təşkil edir.
Gürcüstanda müşahidə olunan siyasi sabitlik və dinamik iqtisadi inkişaf xüsusi qeyd olunmalıdır. Məhz bu sabitlik və əlverişli investisiya mühiti Azərbaycan investorlarının da bu ölkəyə marağını artırmış, nəticədə Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına milyardlarla dollar həcmində sərmayə qoyulmuşdur. Bu isə qarşılıqlı iqtisadi inteqrasiyanın real göstəricisidir.
Beynəlxalq müstəvidə Azərbaycan və Gürcüstanın daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi iki ölkə arasında münasibətlərin yüksək siyasi səviyyəsinin bariz nümunəsidir. Bu həmrəylik regionda sabitliyin və təhlükəsizliyin qorunmasına mühüm töhfə verir.
Cənab Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri də Cənubi Qafqazda formalaşan yeni reallıqlardır. Bu gün regionun sülh, əməkdaşlıq və inkişaf məkanına çevrilməsi üçün tarixi imkanlar yaranmışdır. Bu imkanların reallaşdırılmasında Gürcüstanın oynadığı rol yüksək qiymətləndirilməlidir.
Enerji və nəqliyyat sahəsində həyata keçirilən iri regional layihələr, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi həm region ölkələri üçün, həm də daha geniş coğrafiya üçün strateji əhəmiyyət daşıyır. Bu layihələr enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamaqla yanaşı, Azərbaycan və Gürcüstanın beynəlxalq əhəmiyyətini daha da artırır. Eyni zamanda, Orta Dəhliz kimi nəqliyyat marşrutlarının inkişafı regionun logistika imkanlarını genişləndirir və iqtisadi əməkdaşlığı yeni mərhələyə yüksəldir.
Bütün bunlar onu göstərir ki, Azərbaycan–Gürcüstan münasibətləri qarşılıqlı hörmət, etimad və ortaq maraqlar əsasında qurulmuş nümunəvi tərəfdaşlıq modelidir. Bu model regionda digər ölkələr üçün də örnək təşkil edə bilər.
Hesab edirəm ki, mövcud siyasi iradə və strateji baxış sayəsində Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlıqt bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək, regionda sülhün, sabitliyin və rifahın möhkəmlənməsinə mühüm töhfələr verəcəkdir”.

Müəllif: Günay Hacıyeva
Seçilən
18
sia.az

1Mənbələr