AZ

Hörmüz boğazının açılması dünya iqtisadiyyatına TƏSİRİ

Məlum olduğu kimi, ABŞ və İran arasındakı müharibə ötən gecə dayandı.

Tərəflər Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəs barədə razılaşdılar. Atəşkəsin əldə olunmasına və ABŞ-nin hücumları dayandırma səbəbi olaraq isə uzun müddətdir bağlı olan Hörmüz boğazının yenidən açılması göstərildi.

Bəs uzun müdət sonra Hörmüz boğazının açılmasının dünya iqtisadiyyatına hansı təsirləri olacaq?

İqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib ki, yaranmış vəziyyət artıq birjalarda özünü göstərir və neftin qiyməti kəskin şəkildə ucuzlaşır: 

396128

“Hazırda birjalarda 15,2 faizlik eniş müşahidə olunur. Birjalar ilkin danışıqları qiymətləndirir. Ehtimal edilir ki, neftin ucuzlaşması prosesi davam edə bilər. Lakin bu, danışıqların necə inkişaf etməsindən asılı olacaq”.

Həmsöhbətimiz hesab edir ki, ABŞ və İran arasında iki həftəlik atəşkəsin elan olunması və Hörmüz boğazının açılması bir neçə saatlıq prosesdir:
“İndiki şəraitdə fond birjalarında artım müşahidə olunur, əmtəə bazarlarında neft və qaz ucuzlaşır, qızılın qiymətində isə artım qeydə alınır. Ancaq iki həftədən sonra atəşkəs başa çatarsa, vəziyyət fərqli istiqamətdə dəyişə bilər”.

Günel Cəlilova

Seçilən
6
1
hit.az

2Mənbələr