AZ

Rusiyalı məmur hərçilərin ailələri üçün qazanxana təmirinə ayrılan pulları oğurlayıb

Rusiya Federasiyasının Arxanqelsk vilayətində Mərkəzi mənzil-kommunal idarəsinin mənzil-kommunal xidmətinin rəhbəri vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs olunub.

Herbiand.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsi Telegram kanalında məlumat verib.

İstintaqın məlumatına görə, 2024-cü ildə dövlət podratçısı xüsusi hərbi əməliyyatlarda iştirak edənlər də daxil olmaqla, hərbçi ailələrinin yaşadığı Mirnı şəhərində yaşayış binalarını istiliklə təmin edən qazanxananın təmiri üçün müqavilə imzalayıb. Müqaviləyə cavabdeh həbs olunan şəxs olub. Lakin o, görülən işlərlə bağlı saxta sənədlər təqdim edib və 37 milyon rubl dəyərində ziyan vurub.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
5
herbiand.az

1Mənbələr