AZ

Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!

Yelo Bank, rezident hüquqi şəxs olan müştəriləri üçün prosesləri bir qədər də sürətləndirdi. Bank rəqəmsal xidmətlərini təkmilləşdirərək, İnternet Bankçılıq xidmətində mövcud müştərilərinə əlavə biznes hesabını tam onlayn və sürətli şəkildə açmaq imkanı yaradıb.

Yeni xidmət sayəsində proses tamamilə rəqəmsal formadadır və cəmi 1 dəqiqə ərzində yekunlaşır. Hüquqi şəxslər vaxtlarını banka gəlməyə və ya videozənglə identifikasiya keçməyə sərf etmir. Əlavə biznes hesabı açmaq istəyən müştərilər üçün bu xidmət tamamilə ödənişsizdir.

Bu yenilik biznesin gündəlik fəaliyyətini dayandırmadan, istənilən məkandan bank əməliyyatlarını idarə etməyə şərait yaradır. Müştərilər İnternet Bankçılıq platforması üzərindən bir neçə kliklə yeni hesablarını aktivləşdirə və dərhal əməliyyatlara başlaya bilərlər.

Xidmətdən istifadə üçün: https://ylb.az/ibank.

Biznes kreditləri ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və yaFacebook,Instagram,Whatsappvəyelo.azhesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!
 
 

Seçilən
17
8
7news.az

9Mənbələr