AZ

Ukraynada SƏFƏRBƏRLİK İSLAHATI: 2 milyon yayınan şəxs axtarışdan ÇIXARILIR

Ukraynada 2 milyon yayınan şəxs axtarışdan çıxarılacaq, lakin ciddi məhdudiyyətlər tətbiq olunacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Ukrayna Ali Radasının fraksiya rəhbəri David Araxamiya səfərbərliklə bağlı yanaşmada sistemli dəyişikliklərin ediləcəyini açıqlayıb.

Onun sözlərinə görə, hərbi xidmətdən yayınan təxminən 2 milyon nəfər axtarışdan çıxarılacaq, lakin bunun əvəzində onlara qarşı ciddi hüquqi məhdudiyyətlər tətbiq olunacaq.

Yeni islahat layihəsinin yaxın bir ay ərzində parlamentə və ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.

Araxamiya vurğulayıb ki, bu dəyişikliklərin əsas məqsədlərindən biri də hərbi komissarlıq (TÇK) əməkdaşlarına qarşı zorakılıq hallarının azaldılmasıdır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
13
interpress.az

1Mənbələr