AZ

Xəzərdə zəlzələ olub, cənub bölgəsində hiss edilib

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xəzər dənizində zəlzələ olub, Azərbaycanın cənub bölgəsində hiss olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, yeraltı təkan Lənkəran və Astarada daha çox hiss edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişlinin APA-ya verdiyi açıqlamaya görə, 70 km dərinlikdə baş verən yeraltı təkanın 4-5 bal gücündə olduğu ehtimal edilir.

Zəlzələ cənub zonasında, əsasən, Cəlilabad, Astara, Lənkəran, Lerikdə 3 bal gücündə hiss edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
11
apa.az

10Mənbələr