Xəzər dənizində zəlzələ olub, Azərbaycanın cənub bölgəsində hiss olunub.
Redaktor.az-ın xəbərinə görə, yeraltı təkan Lənkəran və Astarada daha çox hiss edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişlinin APA-ya verdiyi açıqlamaya görə, 70 km dərinlikdə baş verən yeraltı təkanın 4-5 bal gücündə olduğu ehtimal edilir.
Zəlzələ cənub zonasında, əsasən, Cəlilabad, Astara, Lənkəran, Lerikdə 3 bal gücündə hiss edilib.