AZ

Bakının bu ərazisində asfalt aylardır yonulmuş vəziyyətdə qalıb Rəsmi CAVAB

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Azadlıq prospektində, üzbəüz yerləşən “Hollivud” və “Mələk” şadlıq evlərinin qarşısında asfaltın üst qatının hələ Novruz bayramından əvvəl yonulmasına baxmayaraq, uzun müddətdir ki, ərazi yenidən asfaltlanmır.  Maraqlıdır, qeyd olunan ərazidə asfaltlama işlərinin gecikməsinin səbəbi nədir?Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli Demokrat.az-ın sorğusuna cavab olaraq bildirib ki, hava şəraiti ilə əlaqədar olaraq asfaltlama

işlərində müəyyən gecikmə yaranıb:“Yağıntılı və qeyri-sabit hava şəraiti bu cür işlərin aparılmasını çətinləşdirdiyi üçün proses planlaşdırılandan daha uzun çəkib. Bununla belə, yaxın müddətdə hava şəraiti sabitləşən kimi işlər sürətləndiriləcək. Qeyd olunan ərazilər yeni asfalt örtüyü ilə təmin olunacaq”. Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
demokrat.az

1Mənbələr