AZ

Paytaxtda marketlərdən oğurluq edən şəxs saxlanılıb

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

Paytaxtın Sabunçu rayonunda talama cinayəti baş verib.

BAKU.WS DİN-ə istinadən xəbər verir ki, rayonun Bakıxanov qəsəbəsində mağazaların birinin qapısının qıfılını qıraraq 3500 manat oğurlamaqda şübhəli bilinən əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 28 yaşlı R.Zöhrablı polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Yasamal rayonu ərazisində yerləşən mağazalardan da oğurluq etdiyi müəyyən edilib.

Araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
6
baku.ws

7Mənbələr