AZ

Atəşkəsdən sonra Avropada təbii qazın qiyməti kəskin şəkildə aşağı düşdü

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ və İran arasında Hörmüz boğazının müvəqqəti açılmasını təmin edən iki həftəlik atəşkəs razılaşması Avropada təbii qaz bazarında qiymətlərin kəskin enməsinə səbəb olub.

Banco.az xəbər verir ki, etalon təbii qaz fyuçers müqavilələri 20%-ə qədər ucuzlaşaraq müharibənin başlanğıcından bəri ən aşağı səviyyəyə düşüb.

Razılaşmaya görə, Donald Tramp müharibəni dayandırmaq şərti ilə İranın Hörmüz boğazından təhlükəsiz keçid təmin etməsinə razı olub. Tehran isə razılaşmanın detallarını açıqlamasa da, bunun silahlı qüvvələrlə koordinasiya yolu ilə mümkün olacağını bildirib.

Hörmüz boğazı dünya neftinin və mayeləşdirilmiş təbii qazın təxminən beşdə birinin keçdiyi strateji keçid olduğundan, onun qapalı qalması qlobal enerji bazarında ciddi böhran və yanacaq qiymətlərində kəskin artım yaratmışdı.

Ekspertlər bildirirlər ki, atəşkəs razılaşması həm hedcinq fondları, həm də digər spekulyantlar tərəfindən mövqelərdə sürətli dəyişikliklərə səbəb olub və Avropa qaz bazarında dəyişkənliyi artırıb. Fiziki treyderlər isə razılaşmanın qüvvəyə minməsinə dair əlamətləri gözləyərək hələ də ehtiyatlı davranırlar.

Hazırda Niderlandda ən yaxın tarixli təbii qaz fyuçersləri meqavat/saat üzrə 43,70 avrodan ticarət olunur.

Seçilən
20
banco.az

1Mənbələr