AZ

Türkiyə SAHA 2026 beynəlxalq müdafiə, aviasiya və kosmik sənaye sərgisinə hazırlaşır

Türkiyə 5-9 may tarixlərində SAHA İstanbul cəmiyyəti tərəfindən İstanbul Sərgi Mərkəzində keçiriləcək SAHA 2026 beynəlxalq müdafiə, aviasiya və kosmik sənaye sərgisinə hazırlaşır.

“Poliqon” xəbər verir ki, sərgi 120-dən çox ölkədən 1500-dən artıq iştirakçını bir araya gətirəcək və 100 min kvadratmetrdən böyük ərazini əhatə edəcək.

Sərgidə müdafiə və aviasiya sənayesinin gələcəyini formalaşdıran quru, dəniz, hava, kosmos, pilotsuz sistemlər və zərbə vasitələri sahələrinə aid ən son texnologiyalar nümayiş olunacaq.

SAHA 2026 qlobal miqyasda strateji tərəfdaşlıqların qurulması, texnologiya transferi və sənaye əməkdaşlığının genişləndirilməsi üçün unikal imkanlar təqdim edəcək.

Sərgi çərçivəsində B2B, G2B və G2G görüşləri, beynəlxalq panellər, yüksək səviyyəli nümayəndə heyətlərinin ziyarətləri, FPV dron, SAHA UGV və Rover müsabiqəsi daxil olmaqla canlı nümayişlər, eləcə də çoxsaylı qlobal məhsul təqdimatları keçiriləcək.

Seçilən
15
poliqon.az

1Mənbələr