AZ

SOCAR-ın "Azəriqaz" İB rəhbərliyi vətəndaşları bu dəfə Laçın rayonunda qəbul edəcək

BAKI, 8 aprel. TELEQRAF

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun növbəti vətəndaş qəbulu 10 aprel saat 11:00-da Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasında (Ünvan: Laçın şəhəri, H. Əliyev küçəsi 96) baş tutacaq.

Teleqraf xəbər verir ki, görüş zamanı Laçın rayonundan olan sakinlərin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırılır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Qarabağ Regional Qaz İstismarı İdarəsinə (tel: 050-844-40-03; 050-844-40-41) müraciət edə bilərlər.

Seçilən
5
9
teleqraf.com

10Mənbələr