AZ

ADAU da “Clarivate” təcrübəsinin tətbiq imkanları təqdim olunub

ain.az bildirir, Azertag portalına istinadən.

Gəncə, 8 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Əsaslı kitabxanasında “Akademik kitabxanaların transformasiyası və tədqiqat analitikası: “Clarivate” təcrübəsi əsasında yanaşma” mövzusunda vebinar keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Clarivate” şirkətinin müştəri məmnuniyyəti üzrə məsləhətçisi və təlimçisi Xəyalə Hacıyevanın moderatorluğu ilə keçirilən vebinarda kitabxana mütəxəssisləri iştirak ediblər.

Tədbirdə çıxış edən Xəyalə Hacıyeva Dördüncü Sənaye İnqilabının kitabxana işinə təsirini dəyərləndirib, müasir dövrdə kitabxanaların funksional transformasiyası barədə ətraflı məlumat verib.

Vebinar çərçivəsində kitabxanalarda tətbiq edilən texnoloji innovasiyalar, robot və kibersistemlərin idarə etdiyi “ağıllı kitabxana” modelləri, “Big Data” texnologiyalarının tətbiqi və analitik təhlil imkanları, eləcə də ölkədaxili və beynəlxalq kitabxanalararası resurs mübadiləsinin təşkili məsələləri geniş müzakirə olunub.

Daha sonra bir qrup professor-müəllim heyətinin iştirakı ilə keçirilən növbəti təlim elmi tədqiqatların gücləndirilməsi istiqamətində “Web of Science” platformasının imkanlarının dərindən öyrənilməsinə həsr edilib.

Təlim zamanı Xəyalə Hacıyeva iştirakçılara “Web of Science” platformasının funksional imkanları barədə ətraflı məlumat verib. Bildirilib ki, bu platforma vasitəsilə elmi məlumatların təhlili, tədqiqat fəaliyyətinin qiymətləndirilməsi və beynəlxalq elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi mümkündür.

Müxbir - Elcan Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
azertag.az

2Mənbələr