“Bavariya” Çempionlar Liqasının 1/4 finalının ilk oyununda “Real”ı 2:1 hesabı ilə məğlub edib.
Msport.az xəbər verir ki, bu, Almaniya komandasının 2012-ci ilin aprelindən bəri Çempionlar Liqasında “Real” üzərində ilk qələbəsidir.
O vaxt “Bavariya” Çempionlar Liqasının yarımfinalının ilk oyununda rəqiblərini 2:1 hesabı ilə məğlub etmiş, lakin cavab oyununda eyni hesabla məğlub olaraq, penaltilər seriyasında finala yüksəlmişdi.
2012-ci ildən bəri “Bavariya” və “Real Madrid” Çempionlar Liqasında 2014, 2017, 2018 və 2024-cü illərdə qarşılaşıblar. “Real Madrid” bu matçların altısında qalib gəlib, digər ikisi isə heç-heçə ilə başa çatıb.
Qeyd etmək lazımdır ki, bu dövrdə komandalar yoldaşlıq oyunları keçiriblər və “Bavariya” onlardan ikisində (2015 və 2019-cu illərdə), “Real Madrid” isə 2016-cı ildə qalib gəlib.