AZ

Pezeşkiandan atəşkəslə bağlıAÇIQLAMA 

İran Prezidenti atəşkəs razılaşmasını şərh edib.

Redaktor.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian X sosial şəbəkəsində açıqlayıb.

O bildirib ki, Tehran və Vaşinqton arasında əldə olunan atəşkəs ümumi prinsipləri əhatə edir və İran xalqını birləşdirir.

Pezeşkian vurğulayıb ki, bu gündən etibarən diplomatiya, müdafiə, küçələr və xidmət sahələrində birgə fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın təqdim etdiyi 10 maddəlik təklif əsasında hücumların iki həftəlik dayandırıldığını və danışıqların başlandığını elan etmişdi.

Aminə ŞAHSUVARQIZI

Seçilən
6
redaktor.az

1Mənbələr