AZ

Neft ucuzlaşır, qızıl bahalaşır: Bazarlarda nə baş verir?

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

Qlobal enerji və qiymətli metallar bazarında ciddi dalğalanmalar müşahidə olunur. ABŞ-İran arasında əldə olunan müvəqqəti atəşkəs fonunda "Brent" markalı neftin qiyməti kəskin enərək təxminən 91–92 dollar/barel səviyyəsinə düşüb.

BAKU.WS-in məlumatına görə, qeyri-müəyyənlik faktorunun hələ də qalması səbəbindən qızıl bazarında yüksək qiymətlər qorunur və unsiya üzrə qiymət təxminən 4700-4800 dollar intervalında dəyişir .

Mövcud geosiyasi şərait bir daha göstərir ki, enerji və qiymətli metallar bazarında qiymətlərin formalaşması yalnız müharibə və ya sülh faktorları ilə məhdudlaşmır. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucun da vurğuladığı kimi, bu proseslər daha geniş – qlobal tələb, istehsal qərarları və beynəlxalq iqtisadi münasibətlərin təsiri altında formalaşır:

"Neft və qızılın qiymətləri təkcə müharibə faktorundan asılı deyil. Neftin dünya bazarındakı qiyməti əsasən OPEC və ona bağlı qurumların qərarlarından, həmçinin Çin, ABŞ kimi böyük istehlakçı ölkələrin tələbat səviyyəsindən asılıdır.

Müharibə müəyyən təsir göstərsə də, əsas qərarlar bu qurumlar tərəfindən müəyyən edilir və qiymətlərin dəyişməsi də həmin amillərlə bağlı olur. Qızılın qiymətinə gəldikdə isə, qeyri-müəyyənlik və müharibə şəraitində adətən qiymətlər artır. Amma sülh şəraiti formalaşarsa, müəyyən müddətdən sonra qiymətlərin sabitləşməsi və ya azalması mümkündür.

Ümumilikdə isə dünya iqtisadiyyatı hazırda elə bir mərhələdədir ki, iqtisadi və siyasi münasibətlər yaxın perspektivdə daha çox qarşılıqlı asılılıq, risklərin bölüşdürülməsi və yeni balans axtarışları ilə müşayiət olunacaq".

Orxan Hüseyn

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
2
baku.ws

3Mənbələr