AZ

SON DƏQİQƏ: SALEH MƏMMƏDOV HƏBS OLUNA BİLƏR?

Xəbər verdiyimiz kimi,Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) maliyyə yoxlamaları həyata keçirir.

Vətəninfo.az-ın əldə etdiyi məlumata görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sabiq sədri Saleh Məmmədovun rəhbərlik etdiyi dövrlə bağlı aparılan yoxlamalarda ciddi maliyyə yeyintiləri aşkarlanıb.

Məlumata görə, 1 milyard manatlıq yeyinti aşkarlanıb və bu yoxlama Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin müfəttişlərinin daha da dərinləşdirmələrinə və yoxlamaların davam etdirilməsinə səsəbəb olub.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov vəzifəsindən azad olunaraq, yerinə Vüsal Nəsirli təyin olunub.

Xatırladaq ki, Saleh Məmmədov öz sərvəti ilə ölkınin əsas məmur oliqarxlarından biri hesab olunurdu. Onun bu sərvəti məhz korrupsiya yoku ilə əldə etməsi isə yoxlamalarda üzə şıxan maliyyə yeyintilərindən sonra hüç kimsdə şübhə doğurmur. Eyni zamanda Saleh Məmmədovun yaxın ətrafı da qalmaqallı xərcləmələrlə medianın gündəmindədir.

 

Vətəninfo.az

Seçilən
7
veteninfo.az

1Mənbələr