AZ

Sabunçuda ağır qəza; avtobus “VAZ”a çırpıldı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Sabunçu-Zabrat yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə zamanı 107 nömrəli marşrut avtobusu yolun kənarında dayanmış 10-HD-689 dövlət qeydiyyat nişanlı “VAZ” markalı minik avtomobili ilə toqquşub. 

İlkin məlumata görə, hadisə aprelin 8-i 15:00-15:30 radələrində baş verib. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib. Hadisənin başvermə səbəbləri hələlik tam açıqlanmayıb.

Qəza səbəbindən ərazidə nəqliyyatın hərəkətində qısa müddətli çətinlik yaranıb. Faktla bağlı araşdırma aparılır.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
avtosfer.az

1Mənbələr