AZ

Xaçmazda güclü yağışlar yolu dağıtdı AAYDA dan açıqlama

Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xaçmaz rayonunun Gödəkli kənd sakinlərinin yol problemi var.

Bu barədə sakinlər BAKU.WS-in "qaynar xətti"nə müraciətdə bildiriblər.

Sakinlərin sözlərinə görə, ötən ildən bəri yokun bir hissəsi uçub. Lakin son günlər yağan güclü yağışlar və sel suları vəziyyəti daha da pisləşdirib.

Belə ki, sel hadisəsi yolun bünövrəsini yuyub və təhlükə yaradıb.

Məsələ ilə əlaqədar AAYDA-ya sorğu ünvanladıq.

Qurumun mətbuat katibi Anar Nəcəfli saytımıza açıqlamasında bildirdi ki, intensiv yağıtılar zamanı yaranan güclü sel suları mövcud yolun çiyin hissəsini yuyub, hazırda hərəkət hissəsində hər-hansı problem müşahidə olunmur:

"Hadisə baş verən kiki dərhal əraziyə əməkdaşlarımız cəlb olunmuş, əlavə təhlükəsizlik tədbirləri görülüb. Sel sularının azalması gözlənilir. Proses sabitləşən kimi çiyin hissənin bərpasına başlanılacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
baku.ws

1Mənbələr