AZ

Azərbaycanda I rübdə 235 ailə dövlətdən kirayəyə mənzil götürüb

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu ilin I rübündə Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 1 ünvan üzrə 235 müqavilə rəsmiləşdirilib.

525.az bu barədə İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir.

Məlumata görə, dövlətə məxsus mənzillər Sumqayıt şəhərində 1 ünvanda yerləşən yaşayış komplekslərindən kirayəyə verilib.

Bu mexanizm vasitəsilə inidiyə qədər 9305 ailənin mənzil şəraiti yaxşılaşıb. Mənzil sahibi olan vətəndaşların 60 %-dən çoxunu gənclər və gənc ailələr təşkil edir.

Ümumilikdə, indiyə qədər satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində Fond vətəndaşlara 17 ünvanda mənzillər təqdim edib. Onlardan 8-i Bakı şəhərində, 6-sı Abşeron rayonunda, 3-ü isə Sumqayıt şəhərində yerləşir.

Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə (məktəb, bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir edilib, isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, eyni zamanda həmin mənzillərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
20
525.az

10Mənbələr