AZ

Suriya hava məkanını açıb

Bakı. Trend:

Yaxın Şərqdə ABŞ və İran arasında müvəqqəti atəşkəsin elanolunmasından sonra Suriya hava məkanını açdığını elan edib.

Trend xəbər verirki, bu barədə "SANA" agentliyi ölkənin Mülki Aviasiya İdarəsinəistinadən məlumat yayıb.

Hava məkanının açılması ilə paralel olaraq Dəməşq BeynəlxalqHava Limanı öz fəaliyyətini bərpa edib.

“Suriya yenidən bütün hava dəhlizlərini açıb və havanəqliyyatını bərpa edib. Dəməşq Beynəlxalq Aeroportu öz normalfəaliyyətinə qayıdıb. O cümlədən müntəzəm qəbul və göndərişlərhəyata keçirilir”, - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardanbiri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaqöhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraqdanışıqlara hazırlaşırlar.

Məqalədə:
Seçilən
16
az.trend.az

1Mənbələr