Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp hərbi əməliyyatın başında qarşıya qoyduğu hədəflərin demək olar ki, heç birinə nail olmadan İranla atəşkəsə razılıq verib.
Ölkə.Az xəbər verir ki, bu barədə İtaliyanın "La Repubblica" qəzeti yazır.
Nəşr xatırladır ki, İrana zərbə endirilməsi barədə əmr verərkən Tramp ölkədə hakimiyyət dəyişikliyini hədəfləyirdi və əhalini açıq şəkildə küçələrə çıxmağa çağırırdı. Lakin zaman keçdikcə Ağ Evdən gələn siqnallar getdikcə daha ziddiyyətli xarakter almağa başladı və əməliyyatın məqsədləri dəfələrlə dəyişdi.
İran cavab zərbəsi endirərək faktiki olaraq Hörmüz boğazını blokadaya aldıqdan sonra, boğazın açılması ABŞ üçün prioritet məsələyə çevrildi. Nəşr qeyd edir ki, bu addımın iqtisadi nəticələri ölkə daxilində də hiss olunmağa başladı və MAGA (Make America Great Again — «Amerikanı yenidən möhtəşəm edək») hərəkatının əsas bazası arasında narazılığa səbəb oldu.
Tramp İranın 10 bənddən ibarət təklifini "danışıqlar üçün işçi baza" kimi xarakterizə edib. Sənəd digər məsələlərlə yanaşı, sanksiyaların ləğvini, dəymiş ziyana görə kompensasiya ödənilməsini və İranın uranı zənginləşdirmə hüququnun tanınmasını nəzərdə tutur. Eyni zamanda, Hörmüz boğazı üzərində nəzarət Tehranın ixtiyarında qalır.
"La Repubblica" belə nəticəyə gəlir ki, əgər bu bəndlər reallaşarsa, hərbi əməliyyatın nə üçün başladıldığı və İsrailin belə bir nəticəni necə qəbul edəcəyi anlaşılmaz olaraq qalır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.