ABŞ Prezidenti Donald Tramp 8 apreldən etibarən İrana silah tədarük edən ölkələrə 50% tarif tətbiq etməklə hədələyib.
Ucnoqta.az xəbər verir ki, Amerika lideri bunu TruthSocial sosial media platformasında yazıb.
"Bu gündən etibarən İrana hərbi silah tədarük edən istənilən ölkə ABŞ-a satılan bütün mallara dərhal 50% tarif tətbiq edəcək. Heç bir istisna və ya güzəşt olmayacaq", - deyə o yazıb.