AZ

Kreml 9 may paradını ləğv edə bilər Hava uçuşları olmayacaq, hərbi texnika və əsgərlər isə...

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Rusiya hakimiyyəti Ukraynanın yeni uzaqmənzilli raketləri səbəbindən Moskva və Sankt-Peterburqda keçiriləcək 9 May Qələbə Günü Paradını ləğv edə bilər.

“AzPolitika” xəbər verir ki, bu barədə bir çox Rusiya “Z-bloqçuları” məlumat paylaşıblar.

Hətta Vladimir Solovyovun “Solovyov LIVE” kanalında da bu barədə danışılıb. Kremlə yaxın bloqer İlya Tumanov kanalın efirində deyib: "Təsəvvür edin ki, parad zamanı raket təhlükəsi, həyəcan siqnalı elan olunur. Meydanda və onun ətrafında nə baş verəcək? Heç nə uçub düşməsə belə, bu, mediada işıqlandırılma baxımından əhəmiyyətli bir zərbə olacaq".

Onun sözlərinə görə, paradın hava uçuşları hissəsi artıq ləğv edilib. Yerüstü hissənin məşqi 5 aprel bazar günü təlim poliqonunda planlaşdırılsa da, sonradan qoşunlara "əlavə təlimatlar alınana qədər" daimi bazalarına yola düşəcəkləri bildirilib.

Bu arada, Kreml paradın ləğvi ilə bağlı suallara birbaşa cavab verməkdən yayınıb. 

"Biz Qələbə Günü şənliklərinə hazırlaşırıq", - deyə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Ukrayna bu yaxınlarda "Flamingo" qanadlı raketini hazırlayıb. Onun uçuş məsafəsi 3000 km (Moskvadan Ukrayna sərhədinə qədər olan məsafə 450 km-dir), döyüş başlığı isə 1 tondur. "Flamingo"dan artıq ən azı iki dəfə istifadə olunub: fevral ayında Rusiyanın Perm bölgəsindəki ən böyük raket zavodu, mart ayında isə Samara bölgəsindəki partlayıcı maddələr istehsal edən müəssisə vurulub.

Ukrayna həmçinin bu yay sınaqlarına başlayacağı “FP-9” ballistik raketini hazırlayır. Onun 850 km-ə qədər məsafədəki hədəfləri vurmaq potensialı var. Raketin döyüş başlığının 800 kq ağırlığında olması gözlənilir. Yüksək sürəti və hündürlüyünə görə bu ballistik raket çətin bir hədəf olacaq.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
azpolitika.info

1Mənbələr