AZ

Azərbaycanda əhali artır, qonşularda kəskin azalır RƏQƏMLƏR

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

2000–2025-ci illərdə Azərbaycan əhalisi Azərbaycanın əhalisi 29,1% artıb.Modern.az xəbər verir ki, bu barədə biznes, investisiya, texnologiya və iqtisadi trendlər üzrə vizual məlumatlar hazırlayan “Visual Capitalist” platformasının araşdırmasında qeyd olunub.Araşdırmaya əsasən, ən kəskin azalma Şərqi Avropada müşahidə edilib. Siyahıya 32,5% azalma ilə Ukrayna liderlik edir. Onu Bolqarıstan (−23,2%), Latviya (−21,6%), Litva (−17,5%), Moldova (−18,8%) və Rumıniya (−16,1%) izləyir. 

Region ölkələrinə baxdıqda isə 25 ildə Gürcüstanın əhalisi 10,3% azalıb. Bu göstəriciyə görə ölkə son 25 ildə əhalisi ən çox azalan dövlətlər siyahısında 13-cü yerdə qərarlaşıb. Ermənistana isə əhali 3,3 faiz azalaraq siyahıda 163-cü yerdə qərarlaşıb

Araşdırmada qeyd olunur ki, əhalinin ən sürətli artımı əsasən Fars körfəzi ölkələri və Saxaranın cənubundakı Afrika dövlətlərində müşahidə olunub. Bu artımda miqrasiya və yüksək doğum səviyyəsi əsas rol oynayıb.

Ən yüksək artım Qətərdə qeydə alınıb. Belə ki, 2000-ci ildən bu yana əhali 423,4% artaraq beş dəfədən çox yüksəlib. Sürətli artım göstərən digər ölkələr arasında BƏƏ (+249,7%), Bəhreyn (+153,9%), Küveyt (+139,1%), Oman (+129,1%) və Səudiyyə Ərəbistanı (+98,5%) yer alır. Afrikada isə Ekvatorial Qvineya (+166,6%), Niger (+157%), Anqola (+139,7%) və Çad (+126,9%) diqqət çəkir.Böyük iqtisadiyyatlarda isə artım daha mülayim olub. Hindistanda əhali 38,4%, ABŞ-da 21%, Çində 10,9%, Braziliyada 22,1% artıb. Kanada (+35,6%) və Avstraliya (+44,9%) isə nisbətən yüksək artım nümayiş etdirib.

Asiya ölkələri arasında Yaponiyada əhali 2,8% azalıb, Cənubi Koreyada isə 9,9% artım qeydə alınıb ki, bu da qlobal orta göstəricidən (46,6%) aşağıdır.Araşdırmada vurğulanır ki, son 25 ildə ən böyük əhali artımı iri iqtisadiyyatlardan deyil, yüksək miqrasiya axını olan Fars körfəzi ölkələri və sürətlə artan gənc əhaliyə malik inkişaf etməkdə olan dövlətlərdən qaynaqlanıb.

Qeyd edək ki, hazırda dünya əhalisinin sayı təxminən 7,6 milyard nəfərdir və aşağı doğum səviyyəsinə baxmayaraq, hər il orta hesabla 83 milyon nəfər artacağı proqnozlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
modern.az

1Mənbələr