AZ

Bu əməliyyat ancaq o şəxslərə edilir ki...

“Rekonstruktiv əməliyyatlar əsasən qəza və travmalar nəticəsində yaranan xəsarətlərlə bağlı aparılır”. 

“Cebheinfo.az”  xəbər verir ki, bunu Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının Baş həkimi Dilqəm Məmmədov Səhiyyə Nazirliyinin "Instagram" səhifəsində keçirilən canlı yayım zamanı bildirib.

O qeyd ki, travma nəticəsində üz, əl və ya digər bədən nahiyələrində deformasiya yarandıqda həmin bölgə yenidən formalaşdırılır:

“Yanıq hallarında dəridə büzüşmə və hərəkət məhdudiyyəti yarana bilər və bu zaman xüsusi cərrahi müdaxilələrlə həm görünüş, həm də funksional hərəkət qabiliyyəti bərpa olunur.  Onkoloji əməliyyatlardan sonra da rekonstruktiv yanaşma tətbiq edilir. 

Məsələn, süd vəzi xərçəngi səbəbilə döşün götürülməsindən sonra onun yenidən formalaşdırılması (rekonstruksiya) aparılır ki, pasiyent həm fiziki, həm də psixoloji baxımdan özünü daha yaxşı hiss etsin. 

Anadangəlmə qüsurlar, o cümlədən dodaq-damaq yarığı kimi problemlər cərrahi yolla aradan qaldırılır və uşaqlar normal danışıq və qidalanma funksiyasına qovuşur. Eyni zamanda mikrocərrahiyyə üsulları vasitəsilə çox incə damar və sinirlərin bərpası həyata keçirilir”.

Seçilən
22
1
cebheinfo.az

2Mənbələr