AZ

İsrail ordusundan “Aslan nərəsi” əməliyyatında ən böyük hücum: 100 hədəf məhv edildi

İsrail ordusu “Aslan nərəsi” əməliyyatı çərçivəsində Livan ərazisinə ən genişmiqyaslı zərbələrini endirib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) məlumat yayıb.

İsrail ordusu “Aslan nərəsi” əməliyyatı başlayandan bəri Livan ərazisində ən böyük hücumunu həyata keçirib.

Cəmi 10 dəqiqə ərzində bir neçə bölgədə eyni vaxtda baş tutan zərbələr nəticəsində “Hizbullah”ın Beyrut, Bekaa və Cənubi Livandakı təxminən 100 komanda məntəqəsi və hərbi obyekti hədəf alınıb.

Hücum zamanı aşağıdakı infrastruktur obyektləri məhv edilib:

  • “Hizbullah” döyüşçülərinin İsrail qüvvələrinə və mülki əhalisinə qarşı terror aktlarını koordinasiya etmək və planlaşdırmaq üçün istifadə etdikləri kəşfiyyat və mərkəzi qərargahlar;

  • Quru və dəniz qüvvələrinə, həmçinin İsrail ərazisinə raket zərbələri endirməyə cavabdeh olan bölmələrin atəş və dəniz infrastrukturu;

  • “Radvan” elit xüsusi təyinatlı qüvvələrinə və hava bölməsinə (127) aid obyektlər.

Bu, təşkilatın hərbi infrastrukturuna qarşı “Aslan nərəsi” əməliyyatı başlayandan bəri həyata keçirilən ən genişmiqyaslı hücum kimi qiymətləndirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
28
1
interpress.az

7Mənbələr