AZ

Mədəniyyət Nazirliyi Kulis i 15 illik yubileyi münasibətilə təbrik etdi

Kulis.az saytına istinadən ain.az xəbər verir.

Mədəniyyət Nazirliyi "Kulis.az" saytını 15 illik yubileyi münasibətilə təbrik edib.

Kulis.az xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi "Kulis.az" saytının fəaliyyətə başlamasının 15-ci ildönümü münasibətilə saytın baş redaktoru Ulucay Akifə rəsmi təbrik məktubu ünvanlayıb.

Nazir müavini Fərid Cəfərov tərəfindən imzalanan məktubda saytın ötən illər ərzindəki xidmətləri xüsusi vurğulanıb:

"Saytınız fəaliyyət göstərdiyi bu illər ərzində Azərbaycanın ədəbiyyat və mədəniyyətinin inkişafını daim diqqətdə saxlamışdır. Oxucular ölkəmizdə və dünyada baş verən ədəbi-mədəni proseslər barədə etibarlı mənbə kimi saytınız vasitəsilə məlumat əldə edirlər.

Bu gün "Kulis.az" saytı gənc yazarlar üçün, sözün əsl mənasında, bir tribuna rolunu oynayır. Saytda gənc müəlliflərlə yanaşı, klassik və müasir Azərbaycan, eləcə də dünya ədəbiyyatından seçmə nümunələrə, o cümlədən ədəbi tənqid məsələlərinə də geniş yer verilir".

Nazir müavini məktubda həmçinin ölkəmizin mədəni zənginliklərinin və adət-ənənələrinin təbliği, Mədəniyyət Nazirliyinin layihələri, tabe müəssisələrin və bədii kollektivlərin tamaşa, konsert, təqdimat və film premyeralarının mütəmadi işıqlandırılmasını təqdirəlayiq hal kimi dəyərləndirib və saytın əməkdaşlarını təbrik edib.

Aristotelin ən məşhur davamçısı - Firuz Mustafa

Azərbaycanda film çəkilişi ilə bağlı xarici prodüserlər üçün güzəşt müəyyənləşdi

"Belə adlar qeydiyyat idarələrindən toplandı və verilməsinə qadağa qoyuldu" - Sayalı Sadıqova ilə müsahibə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
kulis.az

1Mənbələr