AZ

Hamlet İsaxanlıdan Xəzər Universitetinin bağlanacağı iddiaları ilə bağlı açıqlama - VİDEO

Sosial şəbəkələrdə Xəzər Universitetinin bağlanacağı ilə bağlı məlumatlar yayılıb. Lakin bu iddianın haradan qaynaqlandığı, nəyə əsaslandığı, ali məktəbin hası səbəblərdən bağlanacağı açıqlanmayıb.   

“Yeni Sabah” məsələyə aydınlıq gətirmək üçün Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı ilə əlaqə saxlayıb.

O, məsələyə belə münasibət bildirib:

 “Xəbəriniz var ki, İngiltərəni, Fransanı, Harvardı, Sarbonu, Bakı Dövlət Universitetini, Azərbaycan Dövlət Neft və Sənaye Universitetini və Xəzər Universitetini bağlayırlar. Ayıb deyilmi buna görə durub mənə zəng vurursunuz? Sizə hansı axmaq adam bunu deyib ki, oturub araşdırırsınız?”.

Qeyd edək ki, Xəzər Universiteti 1991-ci il martın 18-də yaradılıb və Azərbaycanın ilk özəl və ingilisdilli ali təhsil müəssisəsi sayılır. 

Aydan Hacı


Telegram kanalımız
Seçilən
27
yenisabah.az

1Mənbələr