AZ

Heqset: İranın müdafiə-sənaye potensialı tamamilə məhv edilib

ABŞ-nin müharibə naziri Pit Heqset ABŞ və İsrailin hər bir hədəfə, plana uyğun olaraq, vaxtında və tam olaraq ilk gündən planlaşdırıldığı kimi çatdığını bildirib.

Bu barədə "Far.Az" xəbər verir.

Pentaqonun rəhbəri Pit Heqset ABŞ və İsrailin İranın hərbi potensialına ciddi zərbə endirərək, İranda qarşıya qoyulmuş bütün hədəflərə nail oluduğunu bildirib.

"Far.Az" "Sky News"a istinadən xəbər verir ki, o, bu bəyanatla Vaşinqtonda keçirilən mətbuat konfransında çıxış edib.

Onun sözlərinə görə, əməliyyat plana uyğun, vaxtında və tam olaraq ilk gündən planlaşdırıldığı kimi həyata keçirilib.

Heqset həmçinin bildirib ki, İran sarsıdıcı hərbi məğlubiyyətə uğrayıb. Onun məlumatına görə, ötən gecə ərzində ABŞ 800-dən çox zərbə endirib, bunlar da missiyanın ən mühüm elementi olan İranın müdafiə sənayesi bazasını tamamilə dağıdıb.

Seçilən
4
far.az

1Mənbələr