AZ

"NORM" ən çox vergi ödəyən sement istehsalçısıdır

Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 2025-ci ildə dövlət büdcəsinə ən çox vergi ödəyən və bu məlumatın ictimaiyyətə təqdim edilməsinə razılıq verən vergi ödəyicilərinin, həmçinin 2025-ci il üzrə dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan və bu barədə məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicilərinin siyahısını hazırlanıb.

Marja.az siyahıya istinadən xəbər verir ki, Azərbaycandakı sement istehsalçılarından ötən il ən çox vergini "NORM" ASC ödəyib. Şirkət ödədiyi 54,9 milyon manat vergi məbləğilə siyasıda 25-ci yeri tutub. Eyni zamanda, "NORM"  şirkəti ötən il ən çox vergi ödəmiş sement istehsalçısıdır. 

Azərbaycanın daha qocaman sement istehsalçısı olan "Holcim Azərbaycan" ASC isə ötən il ödədiyi 29,9 milyon manat vergi məbləğilə siyahıda 44-cü yeri tututb. Şirkət ən çox vergi ödəyən 2-ci sement istehsalçısıdır. 

İş elanları AzVak.az-da

Seçilən
12
1
marja.az

2Mənbələr