Qaynarinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ramazan və Novruz bayramı münasibətilə "OBA” marketlər şəbəkəsinin həyata keçirdiyi "Qonşuda 2 qat bayram” lotereya kampaniyası başa çatıb.
1–31 mart tarixlərini əhatə edən kampaniya çərçivəsində minlərlə müştəri həm bayram alış-verişini edib, həm də dəyərli hədiyyələr qazanmaq şansı əldə edib. Kampaniyanın sonunda isə avtomobil də daxil olmaqla müxtəlif hədiyyələr sahiblərinə təqdim olunub.
Bu il 10 yaşını qeyd edən "OBA” marketlər şəbəkəsi bayram dönəmində müştərilərinə yalnız sərfəli alış-veriş deyil, eyni zamanda əlavə sevinc yaşatmağı hədəfləyib. Kampaniya çərçivəsində müştərilər Siyəzən dadlı toyuq və Aləmşah düyü məhsullarından hər hansı birini alaraq lotereyada iştirak hüququ qazanıblar. İştirak üçün alış-veriş zamanı OBA Plus mobil tətbiqinin barkodunu kassada oxutmaq kifayət edib və iştirak hüququ avtomatik olaraq sistemə əlavə olunub.
"Qonşuda 2 qat bayram” kampaniyası iki tiraj və final mərhələsi üzrə keçirilib. Qaliblər rəsmi qaydalara uyğun müəyyənləşdirilib və onları bir-birindən dəyərli hədiyyələr gözləyib. Uduşlar sırasında iPhone 17 Pro, Beko paltaryuyan maşın, OBA Plus bonusları, eləcə də əsas mükafat olaraq Changan UNI-Z avtomobili yer alıb.
1-ci tirajın qalibləri bunlar olub:
Kamil Qasımov (Ağdam) – iPhone 17 Pro,
Rəşad Qocayev (Bakı) – Beko paltaryuyan maşın,
Əfrayıl Həsənov (Sumqayıt) – 200 OBA Plus bonusu,
Samir Vəlimətov (Bakı) – 100 OBA Plus bonusu,
Mübariz Qədirov (Kürdəmir) – 50 OBA Plus bonusu.
2-ci tirajda isə hədiyyələrə
Məlahət Əmirova (Salyan) – iPhone 17 Pro,
Nizami Cahangirov (Saatlı) – Beko paltaryuyan maşın,
Etibar Sultanov (Mingəçevir) – 200 OBA Plus bonusu,
Gülnarə Cavadova (Bakı) – 100 OBA Plus bonusu,
Anna Yevsiyeva (Kürdəmir) – 50 OBA Plus bonusu sahib olub.
Kampaniyanın ən böyük hədiyyəsi olan Changan UNI-Z avtomobili isə final tirajında Yevlax sakini Elnarə Cəfərovaya qismət olub.
"Qonşuda 2 qat bayram” kampaniyası ilə "OBA” bir daha göstərib ki, bayram sevinci yalnız süfrədə deyil, alış-veriş təcrübəsində də yaşana bilər. Şirkət müştərilərinə yaxın olmaq, onların gündəlik həyatına dəyər qatmaq və xüsusi günləri daha yaddaqalan etmək istiqamətində fəaliyyətini davam etdirir.
Ətraflı məlumat üçün "OBA” marketlər şəbəkəsinin rəsmi kommunikasiya kanallarını izləmək mümkündür.






Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.