AZ

Pentaqon rəhbəri: İranda qarşıya qoyulmuş bütün hədəflərə nail olunub

Bakı, 8 aprel, AZƏRTAC

ABŞ və İsrail İranın hərbi potensialına ciddi zərbə endirərək, qarşıya qoyulmuş bütün hədəflərə nail olub.

AZƏRTAC xəbər verir ki, ABŞ-nin müdafiə katibi Pit Heqset keçirdiyi mətbuat konfransında bu barədə danışıb.

O bildirib ki, əməliyyat plana uyğun, tam olaraq həyata keçirilib və İran sarsıdıcı hərbi məğlubiyyətə uğrayıb.

“Ötən gecə ərzində ABŞ 800-dən çox zərbə endirib, nəticədə İranın müdafiə sənayesi bazasını tamamilə dağıdıb”, - deyə Pit Heqset bildirib.

Pentaqon rəhbəri əldə olunan nəticəsni tarixi və sarsıdıcı qələbə adlandırıb.

Seçilən
38
2
azertag.az

3Mənbələr